|
|
| Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq nümunəsi |
|
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq əlaqələrini daim yüksək qiymətləndirir və bu əlaqələrin dünya ölkələri və xalqları üçün nümunə olduğunu xüsusi vurğulayır. Dövlətimizin başçısı ikitərəfli əlaqələrimiz barədə demişdir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”.
|
| Ətraflı... |
| Qlobal fəaliyyət etalonu |
|
Heydər Əliyev Fondunun qlobal xarakterli layihələri keyfiyyətinə görə beynəlxalq layihələr arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşında böyük qürur doğuran bu reallıq BMT, İslam Konfransı Təşkilatı, YUNESKO, İSESKO və onlarla mötəbər qurumun dünyanın dörd bir tərəfində çalışan, peşəkarcasına müqayisə aparmaq imkanına malik yüksək vəzifəli şəxsləri tərəfindən beynəlxalq tribunalardan dönə-dönə etiraf edilir.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva aşılmaz sayılan zirvələri fəth edən, dünyanın sərhədlərini adlayan bu xoşməramlı fəaliyyətini 2011-ci ildə daha da genişləndirdi. Mehriban xanım Əliyevanın bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək üçün sentyabr ayında Fransaya rəsmi səfərində də planetin sayılıb-seçilən şəxslərinin çıxışlarında Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələrin mahiyyətcə yeni üslub, etalon xarakteri daşıdığı dəfələrlə vurğulandı.
|
| Ətraflı... |
| Azərbaycanın dövlət müstəqilliyi: istiqlal mübarizəmizin Heydər Əliyev zirvəsi |
|
1991-ci ilin oktyabrında Azərbaycanın itirilmiş müstəqilliyini yenidən bərpa etməsi çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Bununla da ölkəmiz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətini yaratmaq imkanı əldə etdi.
Bu, tarix adi bir təqvim deyil, özündə milli məfkurəni, xalqımızın istiqlal arzusunu təcəssüm etdirən bir tarixdir. Bu tarix, eyni zamanda, sübut etmişdir ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilməmiş, xalqımız istiqlal arzularını öz milli məfkurəsində yaşada bilmişdir. Heç də təsadüfi deyil ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.
|
| Ətraflı... |
|
|