|
|
| Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avronest PA-ya uğurlar arzuladı |
|
Aprelin 3-də Milli Məclisdə Avronest Parlament Assambleyasının
Bakıda keçirilən ikinci sessiyasının rəsmi açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi. Sessiyanı giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov Prezident İlham Əliyevi və qonaqları salamladı, sessiyanın işinə uğurlar arzuladı.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi:
- Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən bütün qonaqları bu gün Azərbaycanda salamlamaq istəyirəm və Avronest Parlament Assambleyasının sessiyasına uğurlar arzulayıram. Çox məmnunam ki, Avropa İttifaqının hüdudlarından kənarda ilk bu cür toplantı Azərbaycanda keçirilir və mən bu qərara görə öz tərəfdaşlarımıza çox minnətdaram. Əminəm ki, burada qəbul ediləcək qərarlar, müzakirə ediləcək mövzular çox vacib olacaqdır.
|
| Ətraflı... |
| Tarixi köklərə əsaslanan vahid mövqe |
|
Martın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə görüşdü.
Spiker ali qonağı və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini salamlayaraq bildirdi ki, müstəqil Azərbaycan dost və qardaş Qırğızıstanla əlaqələrin inkişafına böyük önəm verir və münasibətlərimizin daha da dərinləşməsi günün tələbidir. Milli Məclisin Sədri Oqtay Əsədov Cənubi Qafqazda ÜDM-in 80 faizdən çoxunun Azərbaycanın payına düşdüyünü, ölkəmizin qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak etdiyini söylədi.
|
| Ətraflı... |
| Gürcüstan-Azərbaycan dostluğu daimidir |
|
Martın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə
olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşdü. Spiker ali qonağı səmimi salamlayaraq bildirdi ki, yaxın qonşular kimi biz həmişə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etmişik və ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan-Gürcüstan münasibətləri strateji səciyyə daşıyır. Qeyd edildi ki, əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının böyük rolu vardır.
|
| Ətraflı... |
| MDB PAA-nın yubiley tədbirlərində |
|
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının martın 27-də Qazaxıstanın Almatı şəhərində keçirilən 20 illik yubiley tədbirlərində iştirak etdi. Yubiley tədbirlərinin keçirilmə ünvanının Almatı şəhərindəki “Dostluq Evi” sarayının olması heç də təsadüfi deyil. Çünki bu qurumun təsis konfransı 20 il öncə - 1992-ci ilin martın 27-də məhz bu sarayda baş tutmuşdu.
Yubiley tədbirini giriş sözü ilə MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının sədri Valentina Matviyenko açdı.
|
| Ətraflı... |
|
|